[b]İDDİA: Daha bir ulduz milli karyerasını başa vurur[/b]
01.07.2018 - 15:38
[b]İDDİA: Daha bir ulduz milli karyerasını başa vurur[/b]

Kriştiano Ronaldo milli karyerasını başa vura bilər. Apasport.az saytının məlumatına görə, bu barədə NRK nəşri xəbər yayıb.

 

Bildirilib ki, Portuqaliya yığmasının DÇ-2018-in 1/8 finalında Uruqvaya uduzaraq (1:2) mübarizəni erkən dayandırması futbolçunun bu qərarında əsas səbəb olub.

 

Ulduz futbolçu özü isə hələlik bununla bağlı qəti fikir söyləməyib.

 

Qeyd edək ki, milli komandada 154 oyun keçirən Ronaldo 85 qol vurub.

0