İki klub əfsanəsi "Borussiya"nı tərk edə bilər
03.02.2024 - 21:59
İki klub əfsanəsi "Borussiya"nı tərk edə bilər

Müdafiəçi Mats Hummels və yarımmüdafiəçi Marko Reus mövsümün sonunda "Borussiya"nı tərk edə bilər.

Apasport.az xəbər verir ki, hər iki futbolçunun müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Məlumata görə, Dortmund klubu Hummels ilə 1 illik müqavilə imzalamaq istəyir.

Hummels "Borussiya"nın hüyətində 491 oyun keçirib, 36 qol, 21 məhsuldar ötürmə ilə fərqlənib. Bu mövsüm 35 yaşlı mərkəz müdafiəçisinin bütün turnirlərdə 23 oyuna çıxıb, aktivinə 2 qol yazdırıb. "Transfermarkt" portalı Almaniya millisinin oyunçusunu 6 milyon avro olaraq qiymətləndirib.

Reus isə 167 qol vurub və 124 məhsuldar ötürmə ilə yadda qalıb. Bu mövsüm 34 yaşlı hücumameyilli yarımmüdafiəçi bütün turnirlərdə 24 oyun keçirib, 6 qol vurub, 3 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı almaniyalının qiymətini 7 milyon avro olaraq dəyərləndirir. 

0