İkinci səviyyə klubundan Premyer Liqaya keçdi
01.02.2024 - 19:58

"Aston Villa" yeni hücumçu transferini açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Komanda "Midlsbro"dan Morqan Rocersi heyətinə qatıb. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
“Aston Villa” bu keçid qarşılığında qarşı tərəfə 8 milyon funt sterlinq ödəyib. Gənc forvardın yeni klubundakı çıxışından asılı olaraq “Midlsbro” daha 7 milyon avro bonus ala bilər.
Qeyd edək ki, bu mövsüm “Midlsbro” forması ilə 33 matça çıxan Rocers 7 qol və 9 məhsuldar ötürməyə sahibdir.
0
0