İlkay "Barselona"dan ayrılmaq istəyir
18.04.2024 - 17:59
İlkay "Barselona"dan ayrılmaq istəyir

"Barselona"nın heyəti yay transfer pəncərəsində dəyişə bilər.

Apasport.az "TodoFichajes" nəşrinə istinadla xəbər verir ki, Kataloniya komandasının ulduz yarımmüdafiəçisi İlkay Gündoğan klubdan onu mövsümlərarası fasilədə buraxmağı xahiş edib.

33 yaşlı futbolçunun İngiltərə və Səudiyyə Ərəbistanında seçimləri var.

Qeyd edək ki, İlkay Gündoğan "Mançester Siti"də 7 mövsüm keçirdikdən sonra ötən yay azad agent kimi "Barselona"ya gəlib. Yarımmüdafiəçinin hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. "Transfermarkt" portalının mütəxəssisləri İlkay Gündoğanın dəyərini 16 milyon avro olaraq qiymətləndirirlər.
 

0