İlkay Gündoğan İstanbula gəlib
08.08.2024 - 16:14
İlkay Gündoğan İstanbula gəlib

"Barselona"nın təcrübəli futbolçusu İlkay Gündoğan İstanbula gəlib.

Apasport.az xarici KİV-ə istinadən məlumat verir ki, yarımmüdafiəçi mövsüm öncəsi futbolçulara verilən istirahət müddətinin son günlərini Türkiyədə keçirməyə qərar verib.

"Fənərbaxça" və "Qalatasaray"ında heyətinə qatmaq istədiyi Gündoğan İstanbul Hava limanında görüntülənib.

Qeyd edək ki, 33 yaşlı futbolçu ötən il "Blauqrana"nın heyətində 51 oyuna çıxıb və 5 qol, 14 məhsuldar ötürmə müəllifi olub.

0