FIFA prezidenti Canni İnfantinonun baş müşaviri Karlos Kordeyro vəzifəsindən istefa verib.
Apasport.az xəbər verir ki, o, bu qərarı FIFA-nın dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin satılması planına etiraz əlaməti olaraq qəbul etdiyini açıqlayıb.
Kordeyro bildirib ki, sözügedən təşəbbüslə heç bir əlaqəsi olmayıb və bu ideyanı qətiyyətlə dəstəkləmir.
"FIFA prezidentinin baş müşaviri, keçmiş bankir və futbola sadiq azarkeş kimi, FIFA-nın dünya çempionatının payının satılmasını nəzərdən keçirdiyi vaxt susa bilmərəm. Bu təklifin hazırlanmasında iştirak etməmişəm və ona qəti şəkildə qarşıyam. Bu, FIFA-ya üzv assosiasiyalar, futbol və onun uzunmüddətli gələcəyi üçün pis sövdələşmədir", - deyə Kordeyro vurğulayıb.
Qeyd edək ki, FIFA prezidenti Canni İnfantino dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılmasıyla bağlı qərar alıb. Bu plan futbol ictimaiyyətində ciddi narazılıq yaradıb. Karlos Kordeyro da məhz həmin təklifə etiraz əlaməti olaraq vəzifəsindən istefa verib.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!