İngiltərə futbolunun rekord transferi
14.08.2023 - 23:36
İngiltərə futbolunun rekord transferi

“Çelsi” Moyses Kaysedoyu rekord məbləğə transfer edib.

Apasport.az-ın məlumatına görə, keçidin dəyəri 133,5 milyon avrodur.

Bu, İngiltərə futbolu üçün rekord ödəniş sayılır. London klubu “Brayton”a 116 milyon birbaşa, 17,5 milyon isə bonus şəkildə ödəniş edəcək. 21 yaşlı yarımmüdafiəçi ilə müqavilə 8  illik nəzərdə tutulub. “Liverpul” Kaysedoya 129 milyon avro ödəməyə hazır olsa da, futbolçu bu keçidə razılıq verməyib.

Qeyd edək ki, Moyses 2021-ci ildə Ekvadroun “İndependiente del Valle” klubundan 5 milyon avroya transfer edilmişdi.
 

0