İngiltərə kubokunun 1/4 finalında derbi həyəcanı
29.02.2024 - 11:59
İngiltərə kubokunun 1/4 finalında derbi həyəcanı

İngiltərə kubokunun 1/8 final mərhələsində "Liverpul" və "Sauthempton" komandaları üz-üzə gəlib.

Apasport.az xəbər verir ki, qarşılaşma 3:0 hesabı ilə "Liverpul"un xeyrinə başa çatıb və "qırmızılar" 1/4 finala yüksəlib. İngiltərə kubokunun son 16 turunda " Liverpul" "Sauthempton"u qəbul edib .

İngiltərə Kubokunun 1/4 finalında "Liverpul"un rəqibi "Nottingem Forest"i 1:0 hesabı ilə məğlub edən "Mançester Yunayted" olub.

Qeyd edək ki, "Liverpul" bir müddət əvvəl "Çelsi"ni məğlub edərək Liqa Kubokunu qazanmışdı.

0