[b]İngiltərədən ilk qələbə [/b]
04.07.2018 - 09:05
[b]İngiltərədən ilk qələbə
[/b]

DÇ-2018-in 1/8 final mərhələsində Kolumbiyaya qalib gələn İngiltərə millisi ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında üstün olan (4:3) britaniyalılar mundiallarda ilk dəfə “lotereya”da qalib gəlib.

 

Futbolun yaradıcıları bunadək DÇ oyunlarında üç dəfə penaltilər seriyasında iştirak etmişdi. Hər dəfə uduzan İngiltərə Kolumbiyayla görüşdə “şeytanın qıçını qırıb”.

 

1990-cı ildə yarımfinalda AFR-a 3:4 (oyun 1:1 hesabı ilə başa çatıb), 1998-də 1/8 finalda Argentinaya 3:4 (2:2), 2006-da 1/4 finalda Portuqaliyaya 1:3 (0:0) hesabı ilə uduzan britaniyalılar 4-cü cəhddə sevinib.

 

Qeyd edək ki, İngiltərə - Kolumbiya matçı DÇ-lər tarixində 29-cu penaltilər seriyası olub.

0