"İnter" futbolçuları meydana qara sarğı ilə çıxacaqlar
20.02.2024 - 17:32
"İnter" futbolçuları meydana qara sarğı ilə çıxacaqlar

"İnter" futbolçuları İspaniyanın "Atletiko" klubuna qarşı keçirəcəkləri Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununa qara sarğıda çıxacaqlar.

Apasport.az xəbər verir ki, qarşılaşmada Milan təmsilçisinin vəfat edən keçmiş futbolçusu Andres Breme yad ediləcək.

Matç bu gün saat 00:00-da başlayacaq.

Qeyd edək ki, Almaniya millisinin sabiq futbolçusu Andres Breme bu gün 63 yaşında dünyasını dəyişib.Veteran futbolçu 1988-1992-ci illərdə "İnter"in şərəfini qoruyub. 

0