
"İnter" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, A Seriyası nəhəngi "Dinamo"dan Petar Suçiçi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"İnter" 21 yaşlı dayaq yarımmüdafiəçisi üçün Xorvatiya klubuna 14 milyon avro təzminat ödəyib.
Futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Xatırladaq ki, "Dinamo" Petar Suçiçi 2022-ci ilin yanvar ayında "Zirinski Mostar"dan transfer etmişdi.
Xorvatiya millisinin üzvü başa çatan mövsümdə komandasının heyətində meydana çıxdığı 32 rəsmi matçda 7 qol, 4 məhsulsdar ötürmə ilə yadda qalıb.
- AÇL: Yusuf fərqləndi, “Əl-Hilal” qələbə qazandı
- “Nottingem”in yeni baş məşqçisi bəlli olub - RƏSMİ
- “Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
- Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"