[b]“İnter” iki futbolçu ilə güclənir
[/b]
30.06.2018 - 17:30
İtaliyanın “İnter” klubu hücum xəttini gücləndirir. Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi “Sassuolo”nun ən yaxşı bombardiri Matteo Politanonu heyətinə qatır.
Hücumameylli yarımmüdafiəçi artıq yeni klubunun düşərgəsində tibbi müayinədən keçir. Ötən mövsüm A seriyasında 10 qol və 5 məhsuldar ötürməyə imza atan futbolçu “İnter”in paralel gerçəkləşdirdiyi iki transferdən biridi.
Milanlılar 19 yaşlı danimarkalı Yens Odqoru da əsas komandaya cəlb edir. Hücumçu ötən mövsümü klubun gənclər komandasında keçirib.
0
0