"İnter" onu saxlayacaq
01.04.2023 - 12:35
"İnter" onu saxlayacaq

"İnter" qapıçısı Samir Handanoviçlə müqavilənin müddətini artıracaq. 

Apasport.az saytı xəbər verir ki, İtaliya klubu növbəti mövsümdə də çərçivəni sloveniyalıya etibar etməyi planlaşdırır.

Milan təmsilçisi ilə müqaviləsi bu il bitəcək qolkiperlə daha bir mövsümlük razılıq rəsmiləşdirəcək. 

Qeyd edək ki, 38 yaşlı Handanoviç 2012-ci ildə “İnter”in heyətinə qoşulub. O, bu mövsüm 10 matçda iştirak edib.

0