[b]“İnter”də yeni müqavilə [/b]
02.07.2018 - 22:05
[b]“İnter”də yeni müqavilə

[/b]

İtaliyanın “İnter” klubu Stefan de Vreylə yeni müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hollandiyalı müdafiəçi 5 il Milan klubunda çıxış edəcək.

 

2014-cü ildən çıxış etdiyi “Latsio”dan ayrılan de Vrey yeni klubuna azad agent kimi keçib. O, 2023-cü ilədək burada çıxış edəcək.

 

Qeyd edək ki, hollandiyalı A seriyasının son mövsümündə 36 oyunda 6 qol vurub.

0