[b]İnyesta yığma karyerasını bitirdi[/b]
02.07.2018 - 11:11
[b]İnyesta yığma karyerasını bitirdi[/b]

İspaniyanın 1/8 finalda penalti zərbələri sonunda Rusiyaya məğlub olaraq, dünya çempionatı ilə vidalaşmasının ardından Andres İnyesta yığma karyerasını bitirdiyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 34 yaşlı futbolçu bu barədə “Radio Estadio”ya açıqlama verib.

 

“Bu, mənim İspaniya millisindəki son oyunum idi. Gözəl bir dönəmin sonuna gəldik. Bəzən sonluq xəyal etdiyin kimi olmur” – deyə, o bildirib.

 

Qeyd edək ki, 2006-cı ildən bəri İspaniya yığmasının şərəfini qoruyan Andres İnyesta 131 matçda meydana çıxıb və 13 qolla yadda qalıb. O, millinin heyətində bir dəfə dünya çempionatının (2010), iki dəfə (2008, 2012) isə Avropa çempionatının qalibi olub.