İranlı forvard İspaniya klubuna keçə bilər
31.05.2024 - 19:04
İranlı forvard İspaniya klubuna keçə bilər

"Bayer 04"ün hücumçusu Serdar Azmun karyerasını "Sevilya"da davam etdirə bilər.

Apasport.az xəbər verir ki, İspaniya klubu yanvarda aparılan danışıqlardan sonra futbolçu ilə maraqlanır. Hazırda transferin mümkünlüyü müzakirə olunur.

Futbolçu son mövsümü “Roma”da icarə əsasında keçirib. Forvardla A Seriyasının digər klubları da maraqlanır.

0