İraqda 2 gün bayram olacaq
01.04.2026 - 13:28
İraq milli komandanın DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanması münasibətilə ölkədə 2 gün iş olmayacaq.
Apasport.az xəbər verir ki, İraq hakimiyyəti 1 və 2 aprel tarixlərini qeyri-iş günü elan edib.
Bu barədə İraq İnformasiya Agentliyi (INA) məlumat yayıb. Sözügedən sərəncamı ölkənin baş naziri Məhəmməd əs-Sudani imzalayıb.
Qeyd edək ki, İraq millisi tarixində ikinci dəfə mundialda çıxış edəcək. Komanda I qrupunda Fransa, Seneqal və Norveç yığmaları ilə mübarizə aparacaq.
- “Real”ın sabiq kapitanı “Xetafe”yə keçdi – RƏSMİ
- “Sabah”ın rəqibi baş məşqçisi ilə müqaviləni yenilədi
- PSJ “Mançester Yunayted”in müdafiəçisini transfer etmək istəyir
- "Sabah" - "Slaviya" və "Qalatasaray" - "Barselona" matçları bu kanallarda - TV AFİŞA
- “Samsunspor” baş məşqçisi ilə yollarını ayırdı – RƏSMİ
0
0