İskodan yeni müqavilə
29.12.2023 - 19:36
İskodan yeni müqavilə

İsko "Betis"lə yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 

Komanda təcrübəli futbolçu ilə müqaviləni yeniləyib. İspaniyalı yarımmüdafiəçinin yeni sözləşməsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsüm 23 matçda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
 

0