İspaniyalı futbolçu La Liqada klubunu dəyişib - RƏSMİ
24.01.2026 - 17:58
"Valensiya" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "yarasalar" "Selta"dan Unay Nunyesi icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya millisinin sabiq üzvü yaya qədər "Valensiya"nın formasını geyinəcək.
Qeyd edək ki, mövsümün ilk yarısında icarə əsasında "Verona"da çıxış edib. 28 yaşlı mərkəz müdafiəçisi A Seriyası təmsilçisinin heyətində 18 rəsmi matçda meydana çıxıb.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0