Türkiyə Super Liqa təmsilçilərindən "Antalyaspor"un baş məşqçisi Emre Belözoğlu ötən günlərdə klubdan ayrıldığını açıqlamışdı.
Apasport.az xəbər verir ki, türk mütəxəssis istefasından bir neçə gün sonra yenidən "Antalyaspor"a qayıdıb.
Bu barədə sosial şəbəkə hesabında yazan Belözoğlu, klub rəhbərliyi ilə yenidən danışıqlara keçdiklərini və növbəti mövsümdə də Antalyasporun baş məşqçi postunda olacağını bildirib.
Xatırladaq ki, keçən mövsümün ortasında Antalya təmsilçisinin başına keçən Emre, 18 liqa matçında 6 qələbə, 5 heç-heçə, 7 məğlubiyyətlik nəticə göstərib.
Qeyd edək ki, "Antalyaspor" geridə qalan mövsümü düşmə zolağından 1 pillə yuxarı olan 15-ci yerdə tamamlayıb.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq