İsveç millisinə yeni baş məşqçi təyin edildi
27.02.2024 - 17:29
İsveç millisinə yeni baş məşqçi təyin edildi

İsveç yığmasının yeni baş məşqçisi bəlli olub. 

Apasport.az xəbər verir ki, UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqibinə Yon Dal Tomasson rəhbərlik edəcək.

İsveçlilərin Dahl Tomassonun rəhbərliyi altında ilk rəsmi oyunu C Liqasında Azərbaycana qarşı olacaq. İsveç yığması sentyabrın 5-də danimarkalı mütəxəssisin rəhbərliyi altında Bakıda millimizlə qarşılaşacaq.

Tomassonla anlaşma DÇ-2026-nın seçmə mərhələsinin sonuna kimi nəzərdə tutulub. O, bir neçə həftə əvvəl “Blekbern”in baş məşqçisi vəzifəsindən istefa verib.

0