İtaliya klubları Motta üçün mübarizə aparacaq 
30.04.2024 - 13:38
İtaliya klubları Motta üçün mübarizə aparacaq 

İtaliya A Seriyası komandaları olan “Milan” və “Yuventus” baş məşqçi Tiaqo Motta üçün mübarizə aparacaq.
 
Apasport.az xəbər verir ki, “Milan” qeyri-qənaətbəxş nəticələrə görə Stefano Piolini istefaya göndərməyi planlaşdırır. "Yuventus" da öz növbəsində Massimiliano Alleqri ilə yollarını ayırmaq istəyir. 

Qeyd edək ki, mətbuatda daha əvvəl Tiaqonun "Yuventus"a rəhbərlik etməyə razılıq verdiyi bildirilirdi.

0