İtaliya klubunun baş məşqçisi istefa verdi
22.04.2024 - 14:31
İtaliya klubunun baş məşqçisi istefa verdi

İtaliya A Seriyasında mübarizə aparan “Udineze” baş məşqçisi Qabriel Çioffi ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

İstefaya komandanın nəticələri səbəb olub. 32 turdan sonra 28 xala malik Udine təmsilçisi 17-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Çioffi 2023-cü ilin oktyabrında  İtaliya klubunun baş məşqçisi təyin edilmişdi.

0
Udineze Qabriel Çioffi İtaliya A Seriyası