İtaliya millisinin üzvü “Arsenal”ın radarında
21.01.2026 - 00:55
İtaliya millisinin üzvü “Arsenal”ın radarında

“İnter”in müdafiəçisi Federiko Dimarko karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, 28 yaşlı oyunçunun transferində “Arsenal” maraqlıdır.

Bu barədə “Tuttosport” məlumat yayıb.

Milan təmsilçisi İtaliya millisinin üzvü üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, Dimarko cari mövsümdə İtaliya A Seriyasında “İnter”in heyətində 19 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.