İtaliyada dekabr ayının ən yaxşı məşqçisi müəyyənləşib
09.01.2026 - 15:54
İtaliya A Seriyasında dekabr ayının ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bu mükafata “İnter”in rumıniyalı baş məşqçisi Kristian Kivu layiq görülüb.
Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
45 yaşlı mütəxəssisin rəhbərlik etdiyi komanda ötən ay keçirdiyi 3 rəsmi oyunun hamısında qələbə qazanıb.
Qeyd edək ki, Kristian Kivu mövsümün əvvəlində “İnter”in baş məşqçisi təyin olunub.
0
0