İtaliyalı futbolçunun yeni klubu bəlli olub
12.09.2025 - 14:42

İtaliya millisi və "İnter"in sabiq üzvü Roberto Qalyardininin yeni komandası bəlli olub.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi "Verona"ya keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 31 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Qalyardini ötən mövsümü “Monza”da keçirib və 8 rəsmi oyunda meydana çıxıb.
0
0