UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Fənərbaxça" - "Anderlext" matçından (3:0) sonra "sarı-lacivərdlilər"in baş məşqçisi Joze Mourinyonun mətbuat konfransı baş tutub.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunla bağlı fikirlərini bildirib:
“Çox yaxşı oynadıq. Lakin nəticənin necə olduğunu olduğunu deyə bilmərəm. Əgər növbəti mərhələyə keçsək, ancaq o zaman bu bizim üçün yaxşı nəticə hesab olunar. Adətən bir oyunda ilk hissəyə 3:0 hesabı ilə öndə daxil olsanız, bu sizi sevindirər. Lakin bu qarşılaşmanın ikinci hissəsində bizi daha 90 dəqiqə gözləyir. Orda da ehtiyatlı olmalıyıq, çünki rəqib öz azarkeşlərinin qarşısında oynayacaq. Əlbəttə ki, əvvəlcə "Kasımpaşa" ilə görüşü düşünməliyik, sonra isə bu turnirə qayıdarıq".
Baş məşqçi həmçinin komandanın gənc müdafiəçisi Yusuf Akçiçek haqqında da fikirlərini bölüşüb:
“Əvvəllər də demişdim. Hətta Yusuf hələ meydana çıxmamış mövsümün əvvəlində bildirmişdim ki, mən bu oyunçu ilə işləmək, onu yetişdirmək istəyirəm. Yusuf olduqca istedadlı oyunçudur. Möhtəşəm bir mövsüm keçirir, lakin hələ öyrənəcəyi çox şey var. O, çox ağıllı və çalışqan futbolçudur".
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç