[b]Kapitan "Atletiko"dan ayrıldı[/b]
02.07.2018 - 18:26
“Atletiko”nun kapitanı Qabi Fernandes karyerasını “Əl-Sədd”də davam etdirəcək. Apasport.az saytının klubun tvitter hesabına istinadən məlumatına görə, “Atletiko” ispaniyalı futbolçunun Qətər təmsilçisi ilə danışıqlar aparmasına icazə verib.
Dohada tibbi müayinədən keçən Qabinin “Əl-Sədd”lə üç illik müqaviləyə imza atacağı bildirilir. Onun qazancı 19 milyon avro olacaq.
Qeyd edək ki, “Barselona”nın sabiq futbolçusu Xavi də “Əl-Sədd”də çıxış edir.
0
0