Daha əvvəl xəbər verdiyimiz kimi, "Liverpul" müdafiəçisi Vircil van Dayk ilə yeni müqavilə mövzusunda razılıq əldə etmişdi.
Apasport.az xəbər verir ki, artıq tərəflər rəsmi müqaviləyə qol çəkiblər.
Bu barədə klubun sosial media hesabı məlumat yayıb.
Futbolçu ilə 2027-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalanıb.
33 yaşlı müdafiəçi İngiltərə Premyer Liqasının cari mövsümündə 32 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. O, 2018-ci ildən “Liverpul”da çıxış edir.
Qeyd edək ki, “Liverpul” daha öncə 32 yaşlı hücumçusu Məhəmməd Salahla da müqavilə müddətini uzatmışdı.

- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ