“Kasımpaşa” “Fənərbaxça”nın daha bir futbolçusunu heyətinə qatıb
17.01.2026 - 16:23
“Fənərbaxça”nın üzvü Rodriqo Bekao Super Liqada klubunu dəyişib.
Apasport.az xəbər verir ki, braziliyalı müdafiəçi “Kasımpaşa”ya keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında İstanbul təmsilçisinin formasını geyinəcək.
Xatırladaq ki, “Fənərbaxça” Rodriqo Bekaonu 2023-cü ildə “Udineze” klubundan 8,3 milyon avro qarşılığında transfer edib.
Qeyd edək ki, “Kasımpaşa” daha əvvəl də “sarı-lacivərdlilər”dən İrfan Can Kahvecini icarə əsasında heyətinə qatmışdı.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0