[b]“Keşlə”də daha 3 müqavilə[/b]
22.06.2018 - 16:56
[b]“Keşlə”də daha 3 müqavilə[/b]

“Keşlə” müqavilə müddəti başa çatan futbolçuları ilə yeni sözləşmə imzalamaqda davam edir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, daha 3 oyunçu ilə münasibətlər rəsmiləşdirilib.

 

Bunlar qapıçı Orxan Sadıqlı, yarımmüdafiəçilər Vaqif Cavadov və Ebrima Sohnadı. Adıçəkilən oyunçuların hər biri ilə yeni 1 illik müqavilə bağlanıb.

 

Qeyd edək ki, “Keşlə” mövsümlərarası fasilədə yalnız Məqsəd İsayev, Pablo Podio, Nemanya Stoyanoviç və Qara Qarayevlə yollarını ayırıb.