[b]“Keşlə”nin yeni transferlərinin müqavilə müddəti açıqlandı[/b]
11.07.2018 - 12:55
[b]“Keşlə”nin yeni transferlərinin müqavilə müddəti açıqlandı[/b]

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Keşlə”nin yeni transferlərinin müqavilə müddəti açıqlanıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, söhbət yarımmüdafiəçi Miloş Boşançiç və hücumçu Bahodir Nasimovdan gedir.

 

Həm serbiyalı orta sahə oyunçusu, həm də özbəkistanlı forvard yeni komandası ilə 1 illik sazişə qol çəkib.

 

Həmçinin komandanın lideri Sezar Meza Kolli və gənc oyunçu Əlibəy Məmmədlinin də müqavilə müddətinin 1 illik uzadıldığı vurğulanıb.

 

Qeyd edək ki, buna qədər yalnız Azər Salahlı və Amil Yunanovu transfer edən “Keşlə” 14 futbolçusu ilə də yeni sözləşmə imzalamışdı.

0