KL: Millimizin üzvü oynadı, komandası məğlub oldu
08.11.2024 - 11:40
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi HİK Konfrans Liqasında növbəti oyuna çıxıb.
Apasport.az xəbər verir ki, Finlandiya təmsilçisi azarkeşləri önündə Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşıb. Matç rəqibin qələbəsiylə başa çatıb – 0:2.
Start heyətdə meydana çıxan yarımmüdafiəçi 72-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, HİK 4 turdan sonra turnir cədvəlində 3 xalla 26-cı pillədədir.
- Samet Akaydından sərt reaksiya – “Saça, saqqala qarışmaq mənasızdır”
- Olise Fransa qələbəsinin qəhrəmanı oldu – “Matçın adamı” seçildi
- Uğurcan Çakırdan Paraqvay mesajı – “Ölkəmizi sevindirmək istəyirik”
- Mbappe tarixə keçdi – Fransa millisində rekord qırıldı
- İki alman "Real" yolunda: Mourinyo şəxsən istəyir
0
0