Klublar yanvarda transferə nə qədər xərcləyib?
14.02.2024 - 09:16
Klublar yanvarda transferə nə qədər xərcləyib?

Yanvar ayında kişi futbolunda klubların transferlər üzrə ümumi xərcləri 1,46 milyard dollar təşkil edib.

Apasport.az xəbər verir ki, bu qış transfer pəncərələri tarixində ikinci ən yüksək göstəricidir.

FİFA-nın açıqlamasında qeyd olunur ki, 2024-cü ilin yanvarında 4716 beynəlxalq transfer olub ki, bu da 2023-cü illə müqayisədə 0,6% çoxdur.

Bu ilin ilk ayında ümumi klub xərcləri 2023-cü illə müqayisədə 8,2% az olub.

Fransa klubları beynəlxalq transferlər üzrə xərclər cədvəlinə başçılıq edir - 291,9 milyon dollar.

Maraqlıdır ki, yanvarda ingilis komandalarının xərcləri keçən illə müqayisədə təxminən 80% azalıb.

0