[b]Klublarımız iyulun 12-də...[/b]
11.07.2018 - 13:30
[b]Klublarımız iyulun 12-də...[/b]

Azərbaycan klublarının Avropa Liqasında mübarizəyə qoşulacağı iyulun 12-də əvvəllər də təmsilçilərimiz meydana çıxıb. Apasport.az saytının məlumatına görə, komandalarımızın iştirakı ilə bu tarixdə 7 qarşılaşma baş tutub.

 

Heç-heçənin qeydə alınmadığı gündə təmsilçilərimiz 5 qələbə qazanıb, 2 dəfə məğlub olub. Maraqlı məqam ondan ibarətdi ki, meydan sahibləri bütün görüşlərdə qalib gəlib. Hətta son 6 dueldə qonaqlar qol da vura bilməyib.

 

Meydan sahibləri üçün düşərli gün “Qəbələ” və “Neftçi”nin lehinədi. Sonuncular “Uypeşt”, “qırmızı-qaralar” “Proqres”i qəbul edəcək.

 

Maltada “Baltsan”ın qonağı olacaq “Keşlə” isə səfərdə oynayan komandalar üçün uğursuz olan ənənəni qırmalıdı.

 

Azərbaycan klubları iyulun 12-də

2000/01. Skonto (Latviya) – Şəmkir – 2:1

2005/06. Neftçi – Hafnarfyördur (İslandiya) – 2:0

2008/09. Neftçi – Jerminal (Belçika) – 1:0

2012/13. Mura (Sloveniya) – Bakı – 2:0

2012/13. İnter – Trans (Estoniya) – 2:0

2016/17. Qarabağ – Düdelanj (Lüksemburq) – 2:0

2017/18. İnter – Fola (Lüksemburq) – 1:0

0