[b]Komandada qal, kapitan ol![/b]
28.07.2018 - 22:23
[b]Komandada qal, kapitan ol![/b]

“Çelsi”nin yeni baş məşqçisi Mauritsio Sarri komandanın aparıcı futbolçusu Eden Azarın qalmasını istəyir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis bunun üçün belçikalıya yeni təklif edib.

 

Belə ki, Sarri komandada qalacağı təqdirdə, kapitanlıq sarğısını Azarın taxacağına söz verib. “Real”ın maraq dairəsində olan superulduz özü də Madridə köçmək niyyətindədi. Lakin son məlumata görə, “zadəganlar”ın 200 milyon avroluq tələbi üzündən “kral klubu” bu transferdən imtina edib.

 

Qeyd edək ki, ötən mövsüm “Çelsi”nin kapitanı Qari Keyhill olub.

0