Kompani İngiltərə millisinin üzvünü komandasında görmək istəyir
15.10.2025 - 13:23

“Bavariya” müdafiə xəttini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, Bavyera təmsilçisi “Kristal Pelas”da forma geyinən Mark Gehi ilə yaxından maraqlanır.
Bu barədə "SkySports" məlumat yayıb.
Mənbənin məlumatına görə, Bundesliqa klubunun baş məşqçisi Vinsent Kompani 25 yaşlı müdafiəçini qışda heyətində görməyi planlaşdırır.
Xatırladaq ki, Gehi ilə “Real Madrid”, “Liverpul” və “Tottenhem” də maraqlanır.
Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm “Kristal Pelas”ın heyətində 12 rəsmi matça çıxıb, 1 qol və 1 assistlə yadda qalıb.
0
0