“Kristal Pelas” klub tarixinin rekord transferini reallaşdırıb - RƏSMİ
03.01.2026 - 09:28
“Kristal Pelas” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, London təmsilçisi “Tottenhem”dən Brennan Consonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 24 yaşlı yarımmüdafiəçi “Kristal Pelas”la 4,5 illik müqavilə imzalayıb. O, yeni komandasında 11 nömrəli forma ilə çıxış edəcək.
Uelsli futbolçu klub tarixinin rekord məbləği qarşılığında transfer olunub. Keçidin dəyəri 35 milyon funt sterlinq təşkil edib.
Qeyd edək ki, Conson bu mövsüm “Tottenhem”in heyətində meydana çıxdığı 21 rəsmi oyunda 4 qol vurub.
0
0