Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu futbolçu karyerasının sonuna yaxınlaşdığını açıqlayıb.
Apasport.az xəbər verir ki, 41 yaşlı ulduz “Vogue” jurnalına müsahibəsində 2026/27 mövsümünün böyük ehtimalla onun son mövsümü olacağını bildirib.
“Yəqin ki, bu, futbolda son ilimdir. Burada möhtəşəm bir miras qoymaq istəyirəm”, – deyə Ronaldu bildirib.
Portuqaliyalı futbolçu karyerasını başa vurduqdan sonrakı həyatı ilə bağlı planlarının da hazır olduğunu, daha çox səyahət etmək, padel oynamaq və qazandığı uğurların dadını çıxarmaq istədiyini söyləyib.
Qeyd edək ki, Kriştianu Ronaldu daha əvvəl 2026-cı il dünya çempionatının karyerasında son mundial olduğunu açıqlamışdı.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu