Kudus Londona gəlir – imza üçün
27.08.2023 - 15:44
Kudus Londona gəlir – imza üçün

“Vest Hem” Məhəmməd Kudusun trasferini yekunlaşdırıb.

Apasport.az saytı xəbər verir ki, qanalı futbolçu ilə 5 illik müqavilə imzalanacaq.

“Ayaks”da transfer olunun futbolçunun dəyəri 41,5 milyon avrodur. London klubu üç milyon avro da bonus şəklində ödəmə edəcək. Kudusun sabah tibbi müayinədən keçib müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, Kudus 2020-ci ildən “Ayaks”da çıxış edir. O, ötən mövsümdə 42 oyunda 18 qol vurub.
 

0