Kurtuanın ardınca Militao
13.08.2023 - 18:16
Kurtuanın ardınca Militao

Mövsümün startı “Real” üçün uğursuz olub.

Apasport.az-ın məlumatına görə, qapıçı Kurtuanın ardınca Eder Militao uzun müddətə sıradan çıxıb.

Braziliyalı müdafiəçi La Liqanın ilk turunun “Atletik”lə oyununda zədələnib. Militao matçın 50-ci dəqiqəsində meydanı xərəkdə tərk edib. Dizindən ağır zədə alan 25 yaşlı futboçu cərrahiyə əməliyyatı keçirəcək. Onun bütün mövsümü buraxma ehtimalı var.

Qeyd edək ki, bir neçə gün məşqdə zədələnən Tibo Kurtua da əməliyyat keçirib və uzun müddət yaşıl meydanlara çıxa bilməyəcək.
 

0