Əl-Xelaifi: “Mbappe nə istədiyimizi bilir”
30.11.2021 - 17:34
Əl-Xelaifi: “Mbappe nə istədiyimizi bilir”

PSJ-nin prezidenti Nasser əl-Xelaifi hücumçu Kilian Mbappenin durumu ilə bağlı verilən sualı cavablandırıb.

Apasport.az saytının məlumatına görə, klub rəhbəri Fransa millisinin üzvünü komandada saxlamaq istədiklərini növbəti dəfə dilə gətirib.

O, gənc forvardla danışıqlar aparıldığını da təsdiqləyib: “Kilian əla futbolçudur. O, həm özünün, həm də bizim nə istədiyimizi bilir. Yeni sözləşmə ilə bağlı danışıqlar davam edir”.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.