La Liqa klubu argentinalı futbolçu ilə güclənib
02.01.2026 - 19:19
İspaniyanın “Vilyarreal” klubu yeni futbolçu transferini açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Argentinalı vinger Tyaqo Fernandes heyətə cəlb olunub.
21 yaşlı oyunçunun müqaviləsinin müddəti 2031-ci ilin yayınadək nəzərdə tutulub.
Tyaqo Fernandes son olaraq ölkəsində “Veles Sarsfild”in formasını geyinib. “Vilyarreal” 16 oyundan sonra La Liqada 35 xalla dördüncü pillədə qərarlaşıb.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0