La Liqa nəhənginin Haaland arzusu
04.10.2024 - 15:07
La Liqa nəhənginin Haaland arzusu

La Liqa nəhənglərindən "Barselona" Norveç millisinin hücumçusunu transfer etmək istəyir.

Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisi yayda Erlinq Haalandı heyətinə qatmağı planlaşdırır. 

Bundan əvvəl "Real" da norveçlini transfer etmək istəsə də, "Mançester Siti" onu buraxmamışdı. Mövsümün sonunda "Barselona" Haaland üçün "şəhərlilər"ə müraciət edəcək.

24 yaşlı futbolçunun "Mançester Siti" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

0