Laporta: “İki ayda 868 milyon avro qazandıq”
06.08.2022 - 12:53
Laporta: “İki ayda 868 milyon avro qazandıq”

“Yeni gələn bütün oyunçuların qeydiyyatı üzərində işləyirik. Tələblərə cavab vermək üçün çox çalışdıq. Əgər başqa transferə ehtiyat duyulsa, bunu da edəcəyik. Bizdən tələb olunanı etdik, indi La Liqanın qərarını gözləyirik”.

Apasport.az saytının məlumatına görə, bunu “Barselona”nın prezidenti Joan Laporta deyib.

Klub rəhbəri bildirib ki, qısa müddətdə xeyli gəlir əldə ediblər: “Son iki ayda “Barselona” 868 milyon avro qazandı. Xalis balansımız, mənfəət və zərər hesabımız var. Qiymətli aktivlərlə bəzi əməliyyatlarda çox səy göstərmişik. Bu aktivləri qaytarmaq imkanımız var. Deyəsən xəstəxanadan çıxmışıq, sağalırıq”.

Qeyd edək ki, “Barselona” yeni transferləri Robert Levandovski, Jül Kunde, Rafinya, Frank Kesye və Andreas Kristenseni hələ qeydiyyatdan keçirə bilməyib.

0