Levandovski “Barselona”dan gedə bilər
29.03.2024 - 11:39
Levandovski “Barselona”dan gedə bilər

La Liqa təmsilçisi "Barselona"nın hücumçusu Robert Levandovski yay “transfer pəncərəsi”ndə komandasını dəyişə bilər. 

Apasport.az xəbər verir ki, forvardın potensial alıcıları siyahısına “Atletiko Madrid” və Səudiyyə Ərəbistanı klubları daxildir. 

"Transfermarkt" portalı oyunçunun dəyərini 15 milyon avro olaraq qiymətləndirir.

Xatırladaq ki, Levandovski 2022-ci ildən "Barselona"da çıxış edir və müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Qeyd edək ki, cari mövsüm Robert 39 matçda iştirak edib, 20 qol vurub, 9 məhsuldar ötürmə edib.

0