Mauro İkardi karyera rekordunu yeniləyib
06.05.2024 - 10:34
Mauro İkardi karyera rekordunu yeniləyib

Türkiyə Super Liqasının 35-ci həftəsində "Qalatasaray" "Sivasspor"u 6:1 hesabı ilə məğlub edib.

Apaspsort.az xəbər verir ki, "sarı-qırmızılılar"ın qollarını Hakim Ziyeç (2), Dris Mertens (2) və Mauro İkardi (2) vurub.

Mauro İkardi "Sivasspor"a 2 qol vuraraq karyera rekordunu yeniləyib.

Karyerasında bir mövsümdə maksimum 29 qol vuran Mauro İkardi bu mövsüm qol sayını 30-a çatdırıb. 

Qeyd edək ki, "Qalatasaray" bu mövsüm liqada 31-ci qələbəsini qazanaraq xalını 96-ya yüksəldib.

0
Qalatasaray Türkiyə Super Liqası Sivasspor Mauro İkardi