Levandovski Messinin uğurunu təkrarlayıb
17.03.2025 - 13:54

"Barselona" La Liqanın XXVIII turunda "Atletiko"nu məğlub edərək vacib qələbə qazanıb – 4:2.
Apasport.az xəbər verir ki, katalon klubunun ilk qolunun müəllifi Robert Levandovski olub. Polşalı forvard mövsüm ərzində iştirak etdiyi 40 oyunda ümumilikdə 35 dəfə fərqlənib.
Levandovski son 4 mövsüm ərzində "Barselona" forması ilə 35 və daha çox qol vuran ilk futbolçu olub.
Bu uğura ən son Lionel Messi 2020/21 mövsümündə nail olmuşdu – o, həmin mövsümdə 47 matçda 38 qol vurmuşdu.
- Rüdiger üçün şok iddia: “O, millidən qovulmalıdır”
- Ronaldinyo: "Onunla heç vaxt oynaya bilmədiyim üçün peşmanam"
- Titulun sahibi kim olacaq? - "Trabzonspor" "Barselona"ya qarşı - YENİLƏNİR
- Palmer qərarını verdi: "Çelsi"də qalacaq?
- Milanda Ranyeri küləyi: "Roma"nın məğlubiyyətsizlik seriyası 18-ə çatıb
0
0