İsveç futbolunun əfsanəsi, "Milan"ın sabiq baş məşqçisi Nils Lidholmun illər əvvəl Franko Barezi haqqında dediyi sözlər yenidən gündəmə gəlib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssisdən karyerası ərzində birlikdə oynadığı və çalışdırdığı futbolçular arasından hər mövqe üçün ən yaxşısını seçərək ideal "11-lik" qurması istənilib.
Lidholm bir neçə saniyə düşündükdən sonra gülümsəyərək belə cavab verib:
"Barezi, Barezi, Barezi, Barezi, Barezi, Barezi, Barezi, Barezi, Barezi, Barezi, Barezi."
Bu cavab futbol ictimaiyyətində Franko Barezinin böyüklüyünü ifadə edən ən məşhur sitatlardan biri kimi yadda qalıb.
Nils Lidholm Barezinin inkişafında mühüm rol oynayan məşqçilərdən hesab olunur.
Qeyd edək ki, "Milan" və İtaliya millisinin əfsanəvi müdafiəçisi Franko Barezi bu gün 66 yaşında vəfat edib.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!