“Liverpul” Braziliya millisinin üzvü ilə bağlı qərarını verib
02.04.2026 - 00:30
“Liverpul” Alisson Bekerlə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, mersisaydlılar braziliyalı qolkiperin müqaviləsinin müddətini uzatmaq niyyətindədir.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
İddialara görə, Premyer Liqa təmsilçisi 33 yaşlı qapıçının 2027-ci ilin yayında başa çatacaq sözləşməsini daha bir il artıracaq.
Qeyd edək ki, “Liverpul” Alisson Bekeri 2018-ci ilin yayında “Roma”dan 72,5 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm mersisaydlıların heyətində 33 rəsmi matçda meydana çıxıb.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0